Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Anadolu rock musiqisinin ruhunu səhnəyə daşıyan Savaş Özdemir canlı konsert proqramı ilə musiqisevərlərlə görüşəcək.Bizim.Media xəbər verir ki, tədbir 06 fevral 2026-cı il tarixində “Hayal Kahvesi Baku”da keçiriləcək.Konsert saat 20:00-da başlayacaq və 22:00-dək davam edəcək.
Musiqisevərləri canlı ifalar, yüksək səhnə enerjisi və Anadolu rock janrının sevilən nümunələri gözləyir.Proqramdan sonra sənətçinin iştirakı ilə imza günü də təşkil olunacaq.Konsertin bilet qiymətləri 30–50 manat aralığında müəyyən edilib.Qeyd edək ki, məkanda Face Control tətbiq edilir və Smart Casual geyim tərzi tələb olunur.(İdman üslublu şalvar və şort geyinən şəxslərin məkana buraxılmasına icazə verilməyəcək.)Savaş Özdemirin Bakı konserti Anadolu rock musiqisini sevənlər üçün mövsümün ən diqqətçəkən canlı ifalarından biri olacağı gözlənilir.
Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.