Savaş təhlükəsi: ABŞ bu regiondan diplomatları çıxardır

22.10.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Departamenti Yəməndəki üsyançı Ənsarullah hərəkatına (husilər) qarşı potensial hərbi əməliyyat səbəbindən Yaxın Şərqdəki bir neçə ABŞ səfirliyindən əməkdaşları təxliyə etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Dövlət Departamenti Fars körfəzi ölkələrindəki bəzi səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin ölkədən çıxmasını əmr etməyə hazırlaşır:

"Bu addım Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançılarına qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью