Savaşın əsas hədəfi Çindir AÇIQLAMA

16.04.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda Hörmüz boğazı ətrafında yaranmış vəziyyət ümumilikdə Yaxın Şərq savaşının əsas səbəblərini ifadə edir. Belə ki, əslində Amerika Birləşmiş Ştatlarının əsas məqsədi Hörmüz boğazının açılması ilə bağlı deyil. Anlaşılan odur ki, ABŞ Hörmüz boğazının bağlı qalmasında maraqlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Hörmüz boğazının bağlı olmasından danışarkən bildirdi.

"Ağ Evdə hesab edirlər ki, Hörmüz boğazı İranın deyil, məhz ABŞ-nin nəzarətində olmalıdır. Burada əsas məqsəd həm İrana, həm də Çinə iqtisadi-ticari yüklərin, xüsusilə də Çinə enerji resurslarının daşınmasının qarşısını almaqdır. Yəni bu, sadəcə ABŞ və İran arasında olan bir savaş deyil və bu savaşın əsas hədəfi Çin hesab oluna bilər. Çünki ABŞ Çini enerji resurslarından, xüsusilə də İran enerji resurslarından məhrum etmək istəyir. Bu da Çin iqtisadiyyatına ağır zərbə vuracaq bir addımdır", - deyə o qeyd etdi.

Siyasi şərhçinin fikrincə, sanki Hörmüz boğazı ətrafında böyük bir şahmat oyunu oynanılır və bu oyunda Çin də daxil olmaqla, ABŞ özünün qlobal məkandakı əsas rəqiblərinə iqtisadi-ticari zərbələr vuraraq onları ziyana salmaq məqsədi güdür:

"Bu da onu göstərir ki, əslində Yaxın Şərq savaşının başlanma səbəbləri sadəcə İranın nüvə proqramı ilə məhdudlaşmır, daha genişmiqyaslı hədəflərə hesablanmış müharibə xarakteri daşıyır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью