Savinyo Mançesteri Londona dəyişmək istəyir

29.07.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tottenhem" "Mançester Siti"nin oyunçusu Savinyonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 22 yaşlı braziliyalı Mançesterdən getmək istəyir. O, London klubuna transfer olunmağa razılıq verib və bu barədə "Siti" rəhbərliyini məlumatlandırıb. Klublar arasında danışıqlar iyun ayından bəri davam edir. London təmsilçisinin baş məşqçisi Roberto De Zerbidi də braziliyalının keçidində israrlıdı.

Qeyd edək ki, Savinyo ötən mövsüm "Mançester Siti"də 36 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью