Savinyonun əvəzedicisi “Çelsi”dən gəlir?

24.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Mançester Siti” “Çelsi”nin hücumçusu Pedro Netunu transfer etmək imkanlarını nəzərdən keçirir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Şəhərlilər” “Tottenhem”ə keçməyə yaxın olan Savinyoya əvəzedici axtarır. Mançester təmsilçisi siyahısında olan Netu ilə yanaşı, İbrahim Mbaye (PSJ) və Yan Diomandenin (“RB Leypsiq”) kimi variantlarını da nəzərdən keçirir.

“Mançester Siti” portuqaliyalı vingerlə “zadəganlar”ın heyətinə cəlb olunmazdan əvvəl də maraqlanırdı. Komandanın baş məşqçisi Entso Mareska daha əvvəl London klubunda 26 yaşlı futbolçu ilə birgə çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью