Şavkat Mirziyoyev Bakıya yola düşüb

14.10.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də Bakı şəhərinə yola düşüb.

APA xəbər verir ki, bu barədə məlumat Özbəkistan liderinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Həmçinin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüş və danışıqların keçirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью