Şavkat Mirziyoyev Gürcüstanın Qızıl yun ordeninə layiq görülüb

02.07.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.

Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hazırda Gürcüstanda dövlət səfərindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью