Şavkat Mirziyoyev Moskvaya GETDİ

08.05.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qələbə Günü münasibətilə Moskvaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

"Qələbə Günü münasibətilə Rusiyada gözlənilən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təyyarəsi Moskvada yerə enib", — deyə məlumatda bildirilir.

Bundan əvvəl "Gazeta.uz" hökumətdəki mənbəyə istinadən yazmışdı ki, prezident 9 mayda Moskvada keçiriləcək Qələbə paradına gəlməyəcək. Nəşr qeyd edirdi ki, Kreml tərəfindən dərc olunan Qələbə Günü şənliklərinə dəvət olunanlar siyahısında Mərkəzi Asiya ölkələrinin prezidentlərinin adları göstərilməyib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью