Şavkat Mirziyoyev təyyarə qəzasında həlak olanlarla əlaqədar Azərbaycan və Rusiya liderlərinə başsağlığı verib

25.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinə başsağlığı verib.

Bu barədə “Report” Özbəkistan liderinin mətbuat xidmətinə istinadən məlumat verib.

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib", - məlumatda qeyd olunub.

Ş.Mirziyoyev yaralılara tezliklə sağalmalarını arzu edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью