Şavkat Mirziyoyevdən Azərbaycanla bağlı PAYLAŞIM

16.10.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmiş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sosial media hesablarında bu beynəlxalq tədbirlə bağlı paylaşım edilib.

Redaktor.az xəbər verir ki, paylaşımda Özbəkistan liderinin toplantıda iştirakı və Azərbaycanın paytaxtında keçirdiyi digər görüşlərə dair məqamlar yer alıb.

Paylaşımın yazılı qeydində Prezident Şavkat Mirziyoyevdən bu sitat gətirilib: “Müşavirənin əsas məqsədi Asiyada qarşılıqlı əməkdaşlığın vahid infrastrukturunu formalaşdırmaq olmalıdır. Bu, münaqişələrin qarşısını almağa və qarşılıqlı məqbul qərarlar tapmağa imkan verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью