SAXAL İslam Cihadı dəstə komandirinin zərərsizləşdirildiyini bildirib

30.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirdiyi zərbə nəticəsində Fələstinin radikal "İslam Cihadı" qruplaşmasının döyüşçü dəstəsinin komandirini zərərsizləşdirib. Sözügedən şəxs 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə edilən hücumda və israilli girovların saxlanılmasında iştirak edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Ordusu 7 oktyabr qırğını zamanı İsrail ərazisinə daxil olan və girovların saxlanılmasında iştirak edən "İslam Cihadı" terrorçu dəstəsinin komandiri Talal Cabir Abd əl-Aalı zərərsizləşdirib", — deyə bəyanatda bildirilir. Mətbuat xidmətindən həmçinin qeyd ediblər ki, "zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün tədbirlər görülüb".

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью