SAXAL: İsrailə qarşı raket hücumlarını planlaşdıran komandir öldürülüb

04.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İsrail ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Livanın cənubundakı Baraşit yaşayış məntəqəsində "Hizbullah" hərəkatının silahlı qanadının səhra komandiri öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalında dərc edilib.

Məlumatda qeyd olunur ki, öldürülən Əbu Əli Rid İsrail hərbçilərinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью