SAXAL Livanda 70 dən çox hərbi obyekti VURDU

13.06.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail ordusu (SAXAL) son 24 saat ərzində Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus 70-dən çox obyektə zərbələr endirdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın rəsmi açıqlamasında qeyd olunub.
Məlumatda qeyd olunub ki, hava zərbələri “Hizbullah” qruplaşmasının infrastrukturunu, o cümlədən raket buraxılış mövqelərini, hərbi təyinatlı binaları və silah anbarlarını hədəf alıb.
 

Ordu həmçinin iddia edir ki, hava hücumları quruda keçirilən əməliyyatlarla müşayiət olunub və bu zaman İsrail qüvvələrinə qarşı döyüşlərdə iştirak edən bir neçə "Hizbullah" üzvü öldürülüb.


Bundan əvvəl Livanın cənubundakı son zərbələr nəticəsində azı 5 nəfərin həlak olduğu, Livan ordusunun bir hərbçisinin isə yaralandığı bildirilib. Sərhədyanı rayonlarda vəziyyətin kəskin pisləşməsi fonunda İsrail ordusu ilə "Hizbullah" arasında intensiv döyüşlər və qarşılıqlı zərbələr davam edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью