SAXAL: Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib

10.10.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 oktyabr, AZƏRTAC

İsrail Silahlı Qüvvələri (SAXAL) Qəzza sektorunda atəşkəs rejimi ilə bağlı əldə olunmuş razılaşmanın qüvvəyə mindiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ordu rəhbərliyinin yaydığı açıqlamada atəşkəs rejiminin oktyabrın 10-da, yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyi bildirilir.

Qeyd edək ki, bu razılaşma Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlar nəticəsində əldə olunub.

Xatırladaq ki, bir müddət öncə İsrail ordusu Qəzza sektorunda yerləşən hərbi bölmələrin razılaşdırılmış mövqelərə doğru geri çəkilməyə başladığını təsdiqləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью