Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağından sonuncu israilli girovun qalıqlarının gətirildiyi barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti açıqlama verib.
Bildirilib ki, həyata keçirilən eyniləşdirmə prosesi başa çatdıqdan sonra qalıqların baş çavuş Ran Qviliyə məxsus olduğu təsdiqlənib.
Məlumata görə, hazırda Qəzza zolağında nə sağ israilli girov, nə də hər hansı bir girovun cəsədi qalıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında HƏMAS silahlılarının İsrailə hücumu zamanı 250-yə yaxın israilli girov götürülmüşdü.