SAXAL: Qəzzada HƏMAS ın iki hərbi komandiri məhv edilib

11.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri hədəfli əməliyyatlar nəticəsində radikal Fələstin hərəkatı HƏMAS-ın silahlı dəstələrinin iki komandirini öldürüb. 
Bizim.Media xəbər verir ki,  bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. O, sentyabrın 11-nə keçən gecə endirilən hədəfli zərbə nəticəsində öldürülüb.
İsrail ordusunun məlumatına görə, onunla birlikdə HƏMAS-ın eyni bölməsindən daha iki silahlı şəxs də öldürülüb.
Digər əməliyyat zamanı isə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müəmin Cabir əs-Səid Əbu Ləbdə öldürülüb. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayper bölməsinə komandanlıq edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью