Saxalində üzərində 200 ə yaxın balıqçının olduğu buz parçası qopub

28.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Rusiyanın Saxalin vilayətində üzərində 200-ə yaxın balıqçının olduğu buz parçası qopub.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Saxalin sahillərində balıqçıların xilas edilməsi üzrə əməliyyat aparılır:

"Oxot dənizindəki buz parçasının üzərində, ilkin məlumata görə, 200 nəfər var".

Balıqçıların xilas edilməsi üçün hava yastığı gəmisi cəlb olunub, həmçinin FHN-in "Mi-8" helikopteri hazır vəziyyətə gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью