Saxalinə uçan təyyarə geri qayıtdı

08.01.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada Yujno-Saxalinsk-Yujno-Kurilsk reysi ilə uçan təyyarə texniki səbəblərdən uçuş hava limanına qayıdıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.

"Çexov adına Yujno-Saxalinsk Beynəlxalq Hava Limanında Yujno-Saxalinsk-Yujno-Kurilsk reysini həyata keçirən DHC-8 sərnişin təyyarəsi texniki səbəblərdən uçuş hava limanına qayıdıb. Eniş uğurla həyata keçirilib. Təyyarədə 68 sərnişin olub", - prokurorluqdan bildirilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью