Saxarov adına Düşüncə Azadlığı Mükafatı BCM ə verilib

23.10.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mükafatlandırma mərasimi də 16 dekabrda keçiriləcək: mükafat 50 min avrodur

Andrey Saxarov adına Düşüncə Azadlığı Mükafatı 2026-cı ildə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib.

"Avropa İttifaqı çoxtərəfli qaydalara və beynəlxalq təsisatlara hörmət üzərində qurulub. Bu mükafat Məhkəmənin bütün dünyada beynəlxalq hüququn və ədalətin qorunmasındakı mühüm işini təqdir edir"", Metsola deyib.

Mükafatlandırma mərasimi də 16 dekabrda Strasburqda keçiriləcək.

Mükafat 50 min avrodur.

BCM-dən bildirilib ki, 2026-cı il finalçıları arasında həbsdə olan Tanzaniya müxalifət lideri Tundu Lissa və ölkədə etirazlarda iştirak edən iki iranlı qadın - Taraneh və Romina Rahimi bacıları da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью