Saxla əmrinə tabe olmayan narkoman sürücü saxlanıldı

26.11.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Zaur Yusifova "saxla" işarəsi verilib.

Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью