“Saxla” işarəsinə tabe olmayan motosikletçi qəza törətdi

21.07.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun 20-si saat 03:30 radələrində paytaxtın Yasamal rayonunda sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsü qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, təhlükəli manevrlər etdiyinə görə motosiklet sürücüsünə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Lakin o, tabe olmayaraq hərəkətlərinə davam edib.

Tabesizlik göstərərək yüksək sürətlə hərəkətini davam etdirən motosiklet işıqforun qırmızı işığında keçərək “Kia” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü 2008-ci il təvəllüdlü Mehdi Şahmuradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью