Saxlanılan Haluk Leventdən ilk açıqlama

13.07.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli müğənni, “Ahbap” xeyriyyə fondunun təsisçisi və rəhbəri Haluk Levent ötən gün saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, onun adından sosial media hesablarında bəyanat yayılıb.
“Saxlanılmağımdan əvvəlki axşam Daxili İşlər Nazirinin müavini Bülent Turana mesaj yazdım. Artıq 15 gündür ki, hər gün mesaj yazmağa davam edirəm. Ona dedim ki, mənim şəxsi həyatımı “Ahbap” ilə əlaqələndirməyə çalışırlar. “Gəlin, çox təcili gəlin; zəlzələ dövründən bu günə qədər olan hər şeyi təftiş edin və ictimaiyyətlə bölüşün. Mənim şəxsi borc-alacaq münasibətlərimi “Ahbap” ilə əlaqələndirməyin”,- deyə ona bildirdim.
Bilirəm, bu informasiya bombardmanı altında həqiqəti üzə çıxarmaq çətin olacaq və zaman aparacaq, lakin nəticədə haqlı olduğumuz təsdiqlənəcək.
Əziz dostlarım, əsl bombanı gözləyin. Yaxınlarda edəcəyim açıqlamalarda hər şeyi görəcəksiniz. Ən başından bəri bu prosesin bura necə gəlib çıxdığını öyrənəcək və heyrət içində qalacaqsınız.
Bir daha qeyd edim: Şəxsi borc-alacaq münasibətlərimdə “Ahbap” tamamilə mövzudan kənardır. Lakin israrla bunu onunla əlaqələndirməyə çalışırlar. Zaman hər şeyi göstərəcək”, - deyə müğənni bildirib.
Qeyd edək ki, H. Levent “Ahbap”ın fəaliyyəti ilə bağlı saxlanılıb. Onun buraya edilən ianələri şəxsi istifadəsi üçün xərclədiyi, böyük miqdarda qumar oynadığı iddia olunur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью