Saxlanılan məşhur aktyorun ilk görüntüləri VİDEO

30.07.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, o, polis nəzarəti altında xəstəxanaya gətirilib və tibbi müayinədən keçirilib.

Onun rahat hərəkət etməsi diqqət çəkib. 

Qeyd edək ki, Erdal Beşikçioğlu 1970-ci il yanvarın 5-də Ankarada anadan olub. O, aktyor, teatr rejissoru və siyasətçidir. 

E.Beşikçioğlu 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi Etimesqut bələdiyyə sədri seçilib.

O, iyulun 30-da səhər saatlarında korrupsiya ittihamları ilə keçirilən əməliyyat çərçivəsində saxlanılıb. Onunla yanaşı 52 nəfər də tutulub. Onların iş yerləri, evləri və avtomobillərində axtarış aparılıb.

Məlumata görə, əməliyyat korrupsiya istintaqı çərçivəsində həyata keçirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью