Saxlanılan “Plazalar kralı” məşhur şəxsin kürəkəni imiş FOTO

14.12.2024

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyata qurub.

2022-ci ilə evlənən cütlüyün bir qızı var.

Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan AQQ şirkətinin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью