Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində müğənni Özcan Deniz və aktrisa Deniz Çakır saxlanılıb.
Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 23-ü artıq saxlanılıb.
Özcan Deniz ifadə vermək üçün Çağlayan Ədliyyəsinə aparılıb. Jurnalistlərin suallarını cavablandıran sənətçi "Əvvəlcə ifadəmi tamamlayım, sonra lazımi açıqlamanı verəcəyəm" deyib. Onun istintaq zamanı verdiyi ifadənin məzmunu isə hələlik ictimaiyyətə açıqlanmayıb.
Saxlanılanlar arasında Burcu Özberk, Murat Başoğlu, Murat Ceylan, Cansu Taşkın, Cem Karcı, Erdal Bozkuş, İbrahim Yılmaz, Pınar Bent, Ceylan Kaya, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Deniz Sözen, Mehmet Can Karcı, Saghar Shojaei, İlknur Şahin, Meltem Özkayan, Seher Grothe Sevdişan, Ufuk Gündoğdu, Onur Yüksel və Muammer Kapucuoğlu da var.
Qeyd edək ki, istintaq narkotik vasitələrin satışı, təmin edilməsi, istifadəsi və saxlanılması ilə bağlı şübhələr əsasında aparılır. İş üzrə istintaq davam edir.