Saxlanıldığı bildirilən Ruhani və Zərif başsağlığı mərasimində göründülər | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranda saxlanıldığı iddia edilən keçmiş prezident Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda başsağlığı ziyarətində iştirak ediblər.Turkustan.az xəbər verir ki, İranın devrilmiş lideri Şah Məhəmməd Rza Pəhləvinin sürgündəki oğlu Rza Pəhləvi ilə görüşdükləri üçün saxlanıldığı iddia edilən keçmiş prezident Ruhani və keçmiş xarici işlər naziri Zərif Tehranda Məhəmməd Şəriətmədarinin anası üçün başsağlığı mərasimində iştirak edərkən görüntüləniblər.Ruhani mərasimi İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ilə birlikdə izləyib.İranın yeddinci və səkkizinci prezidenti vəzifəsində çalışan Xatəmi, İran lideri Əli Xamenei ilə münaqişələrinə görə ölkədə çoxsaylı senzura və qadağalara məruz qalıb.
Aytən Yaşar/ Turkustan.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu