Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində məşhur aktrisa Afra Saraçoğlu da saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, A.Saraçoğlu ilə yanaşı idman jurnalisti Yağız Sabuncuoğlu da saxlanılıb.
Xatırladaq ki, Türkiyədə daha 18 məşhur barəsində saxlanılma qərarı verilib, onlardan 15-i saxlanılıb. Saxlanılanların arasında Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır, Sayat Zurnacı var.
Məlumat üçün bildirək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıb.
***
Afra Saraçoğlu haqqında yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi “Instagram” hesabında yaydığı açıqlamada Türkiyədə olmadığını bildirib: “Bu gün mətbuatda yayılan və bir çox həmkarımla yanaşı mənim adımın da keçdiyi xəbərləri xaricdə olarkən öyrəndim. Daha əvvəldən planlaşdırılan iş səfərimlə bağlı hazırda Türkiyədə deyiləm. Ədalətin öz yerini tapması üçün ən qısa zamanda ölkəmə qayıdaraq, hüquq-mühafizə orqanlarımıza ifadə verəcəyəm”.