Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə məşhurlara qarşı aparılan narkotik maddə istintaqı çərçivəsində aktrisa Afra Saraçoğlu barəsində gözaltı qərarı çıxarılıb.
Demokrat.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı aktyor, müğənni və sosial media fenomenlərinin də olduğu 18 nəfər saxlanılıb.
Saraçoğlunun adı da istintaq çərçivəsində barəsində gözaltı qərarı verilən şəxslər arasında yer alıb. Lakin aktrisanın hazırda xaricdə olduğu bildirilib.
Saraçoğlu sosial media hesabında yaydığı açıqlamada xaricdə olmasının əvvəlcədən planlaşdırılan iş səfəri ilə bağlı olduğunu qeyd edib. O, ən yaxın zamanda Türkiyəyə qayıdaraq istintaq çərçivəsində ifadə verəcəyini bildirib.
Aktrisa açıqlamasında hüquq-mühafizə və məhkəmə orqanları ilə tam əməkdaşlıq edəcəyini vurğulayıb.
“Ədalətin təmin olunması və prosesin ən doğru şəkildə irəliləməsi üçün ən yaxın zamanda ölkəmə qayıdaraq adli orqanlarımızla tam əməkdaşlıq çərçivəsində ifadə verəcəyəm. Gönlüm ferah, hər şeyin aydınlığa qovuşacağına inamım tamdır”, deyə Saraçoğlu bildirib.
Qeyd edək ki, eyni zamanda Bakırköy Baş Prokurorluğunun narkotik maddələrin istifadəsi, tədarükü və fahişəlik ittihamları üzrə apardığı digər istintaq çərçivəsində daha 6 şübhəli barəsində gözaltı göstərişi verilib. Beləliklə, iki ayrı araşdırma üzrə ümumilikdə 24 nəfər haqqında gözaltı qərarının olduğu bildirilir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı aktyor, müğənni və sosial media fenomenlərinin də olduğu 18 nəfər saxlanılıb.