Saxta 20 manatla yaşlı insanları belə aldadırlar VİDEO

23.12.2025

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaşlı insanları hədəf alan yeni dələduzluq üsulu qeydə alınıb.

Milli.Az xəbər verir ki, fırıldaqçılar saxta 20 manatlıq əskinaslardan istifadə edərək vətəndaşları aldadırlar.

Məlumata görə, saxta pulun üzərində olan "etibarsızdır" yazısı kiçik kağız parçası ilə örtülür. Kağız elə formada yapışdırılır ki, ilk baxışda diqqət çəkmir. 

Xüsusilə yaşlı insanlar buna fikir vermədiyi üçün bu dələduzluğun qurbanı olurlar.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью