Saxta Ariel hazırlayan dəstə ələ keçdi, depo bağlandı VİDEO

09.12.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Şanlıurfada saxta yuyucu vasitə istehsalı aşkarlanıb, iki depo bağlanıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərinin Eyyübiye rayonunda saxta təmizlik vasitələri doldurulan iki depo müəyyənləşdirilərək bağlanıb.

Bakıda saxta "Fairy", "Domestos", "Perwol" və "İpek" qablaşdıran yer aşkarlandı - FOTO

Eyyübiye Bələdiyyəsinin məlumatına görə jandarma əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı məşhur markaların qablaşdırmalarından istifadə edilərək saxta toz yuyucu, qab yuma vasitəsi və digər təmizlik məhsullarının doldurulduğu üzə çıxıb.

Reyd zamanı çox sayda saxta qablaşdırma və doldurma avadanlığı müsadirə edilib. Depolar dərhal möhürlənib və məsul şəxslər barəsində hüquqi prosedurlara başlanıldığı bildirilib.

İsmayıl
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью