Şaxta baba keçmiş polisi öldürdü: İllər sonra film kimi qisas

03.01.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Çuvaşıstan Respublikasının Kanaş şəhərində Şaxta baba paltarı geyinmiş şəxs yerli iş adamını odlu silahla qətlə yetirib. Yanvarın 2-də baş verən hadisədən sonra həmin şəxs ərazini tərk etsə də, sonradan saxlanılıb.

Bildirilib ki, öldürülən şəxs əvvəllər hüquq-mühafizə orqanlarında işləyib.

Hadisənin qisasçılıq zəminində törədildiyi ehtimal edilir.

Cinayətkarın vaxtilə məhz qətlə yetirilən şəxsin aşkarladığı faktlar nəticəsində həbs edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью