Şaxta Baba nın həyatı ekranlaşdırılır

21.08.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Monarch Media" şirkəti uşaq ədəbiyyatının klassik nümunələrindən sayılan "Şaxta babanın həyatı və macəraları" kitabını bədii film kimi böyük ekrana köçürməyə hazırlanır.
Kulis.az xəbər verir ki, "Sehrbaz Oz" əsərinin müəllifi L. Frank Baum tərəfindən 1902-ci ildə qələmə alınan kitabın ssenari uyğunlaşdırması Kali Beyliyə həvalə olunub.
Ekran işinin prodüserliyini Stiv Barnett, Alan Pauell və Vikki Patel edəcək.
Ekran işində Sehrbaz Oz diyarına yaxın sehirli meşədə tərk edilmiş körpə kimi tapılan Şaxta babanın bütün dünyada sevilən bir ikona çevrilməsindən bəhs olunur.
"Monarch Media"nın portfelində Riçard Linkleyterin "Hit Man" filmi, eləcə də Set Roqen və Anna Kendrikin rol aldığı "Babies" komediyası kimi layihələr yer alır.
Şirkət həmçinin Netflix üçün Nik Conasın baş rolda oynayacağı yeni romantik komediya və "A Walk to Remember" filminin yeni versiyası üzərində çalışır.

Taleyini təsadüflərə borclu əsərlər "Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima? Məhbusların mübarizəsi, güllələnən fəhlələr... - Andrey Konçalovskinin məşhur filmləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью