Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Uşaqda şaxta baba obrazının psixikaya təsiri valideynlərin təqdimatına görə dəyişir. Valideynlər şaxta baba haqqında müsbət danışarsa, uşağın emosiyalarında da müsbət təsir yaranır, mənfi təqdimat isə əksinə təsir göstərə bilər".
Bunu Demokrat.az-a açıqlamasında psixoloq Sibel Piriyeva deyib.
O, bildirib ki, müsbət tərəfdən, xüsusən 3–7 yaş arası uşaqlarda şaxta baba obrazı uşağın fantaziyasını və simbolik düşüncəsini gücləndirir:
"Yeni il zamanı şaxta baba və qarqız obrazlarını təsəvvür edə bilir, hədiyyə gözləyərək ümid və sevinc hissi yaşayır. Bu proses beyində dopamin ifrazı ilə əlaqədardır və uşağın davranışının tənzimlənməsinə də təsir göstərir. Valideynlər uşağa “yaxşı olsan hədiyyə verəcək” deyə təqdim edərsə, uşaq sosial qaydalara riayət etməyi və səbr etməyi öyrənir. Bayramların simvolikləri isə ailə bağlarını gücləndirir və uşaqlarda təhlükəsiz hiss yaradır".
Psixoloq bildirib ki, mənfi tərəfdən, uşaqlar böyüdükcə şaxta baba obrazının həqiqi olmadığını öyrənəndə məyusluq hissi keçirə bilər:
"Valideynlərin şərtli sevgi və qorxu faktoru yaratması da uşaqlarda gecə qorxusu, günahkarlıq hissi və şərti sevgi formalaşmasına səbəb ola bilər. Bu, gələcəkdə münasibətlərində problemlərə yol aça bilər".
Psixoloq tövsiyə edir ki, uşaqlara şaxta baba obrazı real kimi deyil, bayram və nağıl simvolu olaraq təqdim edilsin:
"Hədiyyələr cəzalandırmaq məqsədi ilə yox, sevgi ifadəsi kimi verilsin. 3 yaşa qədər uşaqlara sadə formada izah, 7–9 yaşda suallarına cavab, 10 yaşdan yuxarı uşaqlara isə tam rahat şəkildə izah etmək mümkündür".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında psixoloq Sibel Piriyeva deyib.