Icma.az bildirir, Baku.ws portalına istinadən.
Macarıstanda fərqli və maraqlı aksiya keçirilib.
BAKU.WS xəbər verir ki, 70-ə yaxın Şaxta baba xəstə uşaqlara dəstək üçün xeyriyyə aksiyasına qoşulub.
Onlar yürüşə çimərlik geyimində qatılıblar. Budapeştin mərkəsi küçələrində "Ho-ho-ho" deyə qışqıran Şaxta babalar marağa səbəb olub.
Yürüşə qatılmaq istəyənlərin ödədikləri məbləğ "Prader-Willi" sindromundan əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.
Şaxta babaların soyuq havada keçirdiyi xeyriyyə akisyası yerli və xarici turistlər tərəfindən rəğbətlə qarşılanıb.