Saxta COVID sertifikatı aldığını etiraf etdi, millidən uzaqlaşdırıldı

21.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveçrə milli komandasının kapitanı Qranit Caka pandemiya dövründə saxta COVID-19 sertifikatı əldə etdiyini etiraf edib və milli komandadan uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu “Instagram” hesabında bəyanat yayaraq peyvəndə inamsızlıq göstərdiyini və səhv addım atdığını etiraf edib.

Faktla bağlı Lüsern kantonunun prokurorluğu tərəfindən sənəd saxtakarlığı maddəsi ilə Caka və ona sertifikat təmin edən həkimə qarşı cinayət işi açılıb. İsveçrə qanunvericiliyinə əsasən, futbolçunu cərimə və ya 5 ilədək həbs cəzası gözləyə bilər.

Yaranmış skandal səbəbindən İsveçrə Futbol Federasiyası ulduz yarımmüdafiəçini milli komandanın toplanışından kənarlaşdırıb. Caka qarşıdakı 4 matçı (Şimali Makedoniya, Şotlandiya, Sloveniya) buraxacaq. Onun yığmadakı gələcək taleyi isə oyunlardan sonra müəyyənləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью