Icma.az xəbər verir, Anews saytına əsaslanaraq. Saxta diplomların araşdırılması üçün Səhiyyə Nazirliyi ilə Baş Prokurorluq birgə komissiya y
Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
"Bir ildən artıqdır ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrah tərəfdən bu məsələ ilə bağlı müraciət olub.
Səhiyyə nazirnin əmri ilə işçi qrupu yaradılıb. Nazirliyin aiddiyatı qurumlarla birgə ilkin araşdırmalar aparılıb.
Araşdırmalar nəticəsində saxta həkimlər, heç bir tibbi təhsili olmayan insanların sosial media vasitəsilə vətəndaşlara səhv məlumat verərək özlərinə cəlb edərək onlara saxta müalicə üsulları və s cinayət tərkibli əməlləri aşkar olunub.
Toplanmış ilkin material hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa göndərilib.
Bundan sonra Səhiyyə Nazirliyi və Baş Prokurorluğun birgə işçi qrupu yaradılıb. Həmin proseslər davam edir.
Sonda Baş Prokurorluğun işçi qrupu bu prosesi dərin öyrənərək tədbirlər planı hazırlayıb.