Saxta follow vurub, olublar milyon izləyicili səhifə

20.11.2024

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) milyonluq izləyicisi olan bir çox səhifəni saxta adlandırıb.

Axşam.az xəbər verir ki, aparıcı onların saxta izləyici artırdıqlarını iddia edib:

"Məndən heç bir müğənni və aparıcı inciməsin. Ölkədə yalnız bir neçə səhifə var ki, onları qarşılıqlı izləyirəm. Amma qalanları mənə o qədər də vacib deyil.

Kim səhifəsini sıfırlayır hamı da qarşılıqlı eləsin. Kiminsə fanatı deyiləm, ya da mənə o qədər də önəmli bir şeylər yoxdur ki, izləyim. Camaat məni izləyir. Bəziləri kimi yalandan vurublar "follow"dan olublar milyon izləyicisi olanlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью