Saxta həkimləri ifşa edən Qənirə Ataşova ölümlə hədələnir DƏHŞƏT! FOTOLAR | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bir müddətdir ki, “Instagram” hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən jurnalist Qənirə Ataşovanın səhifəsi bağlanıb.
Bu barədə jurnalistin özü “Facebook” hesabında məlumat yayıb.
Həmçinin Qənirə Ataşova ölümlə hədələndiyini qeyd edib: “Rezidenturasız cərrahlar kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram.
Haker hücumlarını maliyyələşdirənlər arasında LBC klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, “Badam” klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada “makler” kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var.
Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.
Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Tam oxu
Xəbəri oxu