Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram hesabı bloklanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmkarı Nigar Mahmudova məlumat verib.O bildirib ki, Ataşovanın səhifəsi saxta diplomlu həkimlərin sifarişi əsasında bloklanıb.
"Kaş yaxşı işlərdə belə koalisiya olaydınız. Milyonlar qazanmaq üçün insan canına qıyanda yox, cinayətlərinizi ört-basdır eləmək üçün yox.
Düz qorxursunuz", - deyə N.Mahmudova yazıb. Qənirə Ataşovanı hazırda "Facebook" səhifəsindən izləmək mümkündür.
Qeyd edək ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir.
O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.
Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.