Saxta həkimləri paylaşdı Səhifəsi bağlandı KONKRET

19.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

KONKRET.az xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib.

Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.

Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi.//Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью