Saxta iş elanları yayan dələduz tutuldu VİDEO

16.12.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

Lent.az-ın məlumatına görə, müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib. O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha tövsiyə edilir ki, sosial şəbəkələrdə rastlaşdıqları iş elanları məlumatlarına diqqətlə yanaşsınlar və həmin şəxslərə onlayn ödənişlər etməkdən çəkinsinlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью