Saxta pasportla Azərbaycana gələn iranlı ər arvad həbs edildilər

26.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saxta pasportla Azərbaycana gələn İran vətəndaşları olan ər-arvad həbs ediliblər.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

İran vətəndaşları olan ər və arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, adlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə qaçmaq qərarı veriblər.

Ər-arvad İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub. Hər iki şəxs saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Andrey Popesku 1 il 7 ay, Yelena Popesku isə 1 il 2 ay azadlıqdan məhrum ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью