Saxta peyvənd sertifikatına görə millidən qovuldu

21.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveçrə milli komandasının aparıcı üzvlərindən olan Qranit Caka yığmanın növbəti matçlarında forma geyinməyəcək.

Futbolpress.az xəbər verir ki, buna təcrübəli futbolçunun COVID-19-a qarşı peyvənd sertifikatını saxtalaşdırdığını etiraf etməsi səbəb olub.

Baş verənlərdən sonra “Sanderlend”in 33 yaşlı yarımmüdafiəçisi Millətlər Liqası çərçivəsində Şimali Makedoniya, Şotlandiya və Sloveniya yığmalarına qarşı keçiriləcək qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Məsələ ilə bağlı açıqlama verən İsveçrə Futbol İttifaqının prezidenti Peter Knebel futbolçunun məsuliyyəti öz üzərinə götürməyini müsbət qiymətləndirib:

“Onun bu cəsarətli addımını alqışlayırıq. Komandadakı mühitin və maraqların qorunması adına qarşıdakı toplanışı Caka olmadan keçirməyi daha məqsədəuyğun hesab etdik. Hazırda əsas diqqətimizi vəziyyəti sabitləşdirməyə və qarşıda duran hədəflərə yönəltməyə cəmləmişik. Qarşımızdakı oyunlar başa çatdıqdan sonra Qranitlə bir araya gələrək mövcud vəziyyəti yenidən təhlil edəcək və növbəti addımlarımızı müəyyənləşdirəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью