Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı İşçi Qrup yaradılıb və araşdırmalar aparılıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında Səhiyyə naziri Teymur Musayev deyib.
O qeyd edib ki, saxta diplomlu həkimləri xəstələri sosial media vasitəsilə cəlb edir.
Nazir sözügedən əməllərdə cinayət tərkibinin olduğunu bildirib: "Bununla bağlı Baş Prokurorluğa müraciət olunub.
Qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək". Nazir vurğulayıb ki, saxta plastik cərrahlarla bağlı Baş Prokurorluqla Səhiyyə Nazirl
“Bu məsələ son 1 aydır Qənirə Ataşın jurnalist araşdırması kimi təqdim olunur. Amma bu işlərlə bağlı 1 ildir araşdırma aparılıb.
Hər bir şəxslə bağlı fərdi araşdırmalar aparılır. Onların etdiyi cinayət əməlidir və buna qanunvericiliyin tələbinə uyğun cavab veriləcək”,