Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Mağazalarda saxta və keyfiyyətsiz qida məhsulları ilə bağlı narahatlıqlar artır. Xüsusilə tanınmış brendlərin adı və qablaşdırmasından istifadə edilərək istehlakçılara təqdim olunan saxta qida və içkilər həm maddi zərərə, həm də insan sağlamlığı üçün ciddi risklərə səbəb ola bilər.
Mağazalarda saxta qida və içkilərin satıldığını necə müəyyən etmək olar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bu barədə açıqlama verərək deyib ki, istehlakçının rəğbətini illər boyu qazanmış hər bir malın, demək olar ki, əksər hissəsinin saxta variantları mövcuddur:
“Əgər xaricdən gətirilən hər hansı bir məhsul, məsələn, parfüm istehlakçının rəğbətini qazanarsa, müəyyən müddətdən sonra, çox tezliklə onun saxta variantları da meydana çıxır. Standartlara uyğun məhsul istehsal edən müəssisələr, əlbəttə, öz mallarını və markalarını qorumaq üçün müxtəlif cəhdlər edirlər. Mən bilirəm ki, məsələn, bəzi müəssisələr kifayət qədər keyfiyyətli məhsullar istehsal edir. Təsadüfi deyil ki, mən neçə il öncə Fransaya gedəndə onların şərabından özümlə aparmışdım və bir aydan sonra mənə məktub gəldi ki, həmin şərab qızıl medala layiq görülüb. Lakin bu müəssisə məhsullarının üzərində nə qədər iş aparırsa, müxtəlif qoruyucu nişanlar tətbiq edirsə, onun saxta variantları da meydana çıxır. Çox təəssüf ki, belə hallar var. Bu da müəssisələrin əlavə xərclərə məruz qalmasına səbəb olur. Bəzi müəssisələr isə sadəcə olaraq təslim olur və saxta məhsul da onların məhsulu ilə paralel satılır.
Məhsul istehsal edən müəssisələr öz brendlərini qorumaq üçün mümkün olan bütün işləri görməlidirlər. Xüsusilə media ilə sıx əlaqələr qurmaq lazımdır. Çox təəssüf ki, saxta məhsullar problemi mövcuddur. Ən çox saxtalaşdırma spirtli içkilərdə, sularda, parfümlərdə və digər məhsullarda müşahidə olunur. Hətta bizim ofisdə avtomobil hissələrinin də saxtalaşdırılması ilə bağlı nümunələr var. Bəzi saxtakarlar natural məhsul istehsal edən müəssisənin məhsulundan daha parlaq qablaşdırma hazırlayırlar. Hətta saxta məhsulların üzərinə holoqram da vururlar. Dərman preparatlarında da belə hallar var. Mən bir neçə il öncə Amerikada məzuniyyətdə olarkən istehlakçı hüquqları ilə bağlı kurslarda iştirak edirdim. Məni Vaşinqtonda böyük bir dərman şirkətinin baş ofisinə apardılar. Orada mənə iki məhsul göstərdilər və dedilər ki, onlardan biri saxtadır, digəri isə həqiqi məhsuldur. Hətta mən saxta məhsulu həqiqi məhsuldan ayıra bilmədim. O qədər yaxşı markalanmışdı ki, saxtasını həqiqi hesab etdim. Sadə istehlakçı üçün saxta məhsulu həqiqisindən ayırmaq o qədər də asan məsələ deyil, çox çətindir”.
Eyyub Hüseynov vurğulayıb ki, İstehlakçı məhsulun etiketini diqqətlə oxumalı, qablaşdırmasına və poliqrafiyasına fikir verməlidir:
“Problem ondadır ki, saxta məhsulla həqiqi məhsul yan-yana olmadıqda onları müqayisə edib ayırd etmək də asan olmur. Hətta kağızın üzərinə yapışdırılmasına, etiketin əyri yapışdırılıb-yapışdırılmamasına, poliqrafiyanın keyfiyyətinə diqqət yetirmək lazımdır. Ştrix-kodu da xüsusi vasitələrlə yoxlamaq olar. Əksər hallarda xaricdən məhsul gətirən distribütorların özləri də aldadılırlar. Bəzən heç bilmədən saxta məhsul gətirirlər, bəzən isə bunu şüurlu şəkildə edirlər. Saxta məhsulların spektri də olduqca genişdir. Yuyucu vasitələrdən tutmuş geyim, ayaqqabı, ərzaq məhsullarına qədər müxtəlif sahələrdə saxtalaşdırmaya rast gəlinir. Bu, bütün dünyanın problemidir. Bir dəfə Amerikada stajirovkada olarkən FTB-nin keçmiş əməkdaşı bizə mühazirə oxuyurdu. O, Amerikada bazarın necə qorunduğundan danışırdı. Mən ona dedim ki, aşağıda, mağazalarda Çin malları satılır və mən onların arasında saxta məhsul da müəyyənləşdirmişəm. Həmin məhsuldan nümunə götürüb özümlə də gətirmişdim. Ondan soruşdum ki, bu, həqiqi məhsuldurmu? Susdu və dedi ki, yığıncaqdan sonra deyərəm. Yığıncaqdan sonra isə bildirdi ki, “Belə məsələlərlə türmələr o qədər doludur ki, daha öhdəsindən gələ bilmirik. Bunu inzibati yolla həll etmək mümkün olmur”. Saxta məhsullar audio-vizual mallara da aiddir. Məsələn, dünən mənə bir şikayət gəlib ki, istehlakçı orijinal audio-vizual məhsul alıb, aparıb və bir gündən sonra geri qaytarıb. Məlum olub ki, həmin məhsulun kopyasını çıxarıb və saxta variantını satmaq niyyətindədir. Nazirlər Kabinetinin 114 saylı qərarında kitablar və bu cür mallar qaytarıla bilən mallar siyahısındadır. Yəni kitabı aparıb oxuyub, sonra geri qaytarmaq mümkündür.
Belə haqsızlıqlar aradan qaldırılmalıdır. Nazirlər Kabinetinin 114 saylı qərarında ciddi dəyişikliklər edilməli, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun təkmilləşdirilməlidir. Qanunvericilikdəki boşluqlar da nəticədə bazarda kifayət qədər saxta məhsulun olmasına gətirib çıxarır. Üstəlik, sertifikatlar, müxtəlif sənədlər də məhsulun saxtalaşdırılmasının qarşısını tam şəkildə almır. Məsələn, standartlara uyğun dönər hazırlayan müəssisədən alınmış bir sənəd dönərxanada asıla bilər. Amma kim sübut edə bilər ki, həmin sənəd məhz orada hazırlanan dönərə aiddir? Eyni hal sənaye mallarında da mövcuddur. Yəni yalnız sənədlərin olması problemi həll etmir. Holoqram da problemi həll etmir, çünki onun da saxtası hazırlanır. Bu, asan məsələ deyil. Müvafiq dövlət orqanları bu sahədə çox ciddi dəyişikliklər aparmalıdırlar”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, ev 112 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Elxan Cəlal oğluna məxsus alkoqollu içkilərin satışı mağazasında plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, aşkar saxtalaşdırılma əlamətləri olan 5 ədəd 1 litrlik, 25 ədəd 0,7 litrlik “OНЕГИН” əmtəə nişanlı və 5 ədəd 0,5 litrlik, 9 ədəd 0,7 litrlik “МЪНСКЪ” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Mağazalarda saxta qida və içkilərin satıldığını necə müəyyən etmək olar?