Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı

26.12.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi Region Liqası ilə bağlı sərt cəzalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, komitə 3 nəfəri futboldan uzaqlaşdırıb.

“Bakı” TFK-nın rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.

“Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev də eyni qanunsuzluğa yol verib və o da 3 il müddətinə futboldan uzaqlaşdırılıb.

“Baku” TFK-nın icraçı direktoru Rövşən Mustafayev isə lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.

Bu şəxslərin qərardan apellyasiya vermək üçün 15 gün vaxtları var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью