Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin gücləndirilməsi, qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən “Mersedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.
Yoxlama zamanı “Mersedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib.
Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.