Saxta vəkil belə ifşa olundu Anar Bağırov ona zəng edib...

24.01.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu rayon prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən 1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etməkdə təqsirli bilinib.

O, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb.

Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pul qabısı ifşa edib. Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pul qabının rayon prokurorluğunun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığını deyilib. Səhəri gün

Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya və sənədlər rəsmi

qaydada Vəkillər Kollegiyasına göndərilib.

Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs 2 min manat məbləğində cərimə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью