Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Sabah" matçı üçün satılan biletlərin sayı məlum olub.
Belə ki, indiyə qədər 2000 bilet satılıb. Bu barədə "Football-plus.az"a "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Hazırda Sumqayıtda hava şəraiti yaxşılaşıb - qar dayanıb, günəş səmada bərq vurur. Klub rəsmisinin sözlərinə görə, matçın başlayacağı saata qədər sayın artması istisna olunmur:
"İndiki vəziyyət idealdı. Matç üçün bütün hazırlıqlarımızı yekunlaşdırıb azarkeşlərimizin yolunu gözləyəcəyik. Ümid edirik ki, daha çox tərəfdarımız tribunada yerini tutacaq. Onların rahatığı üçün əlimizdən gələni edirik".
Xatırladaq ki, tərəflər arasındakı ilk oyun qolsuz bərabərliklə sona çatıb. Bu görüşdə qələbə qazanan komanda yarımfinala yüksələcək.
KƏNAN BAHADIR