“Şaxtyor”, ÇFR və “Legiya” Bakıya gələ bilər

16.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klub sayı 7-yə çatıb.

“Qafqazinfo” saytının məlumatına görə, onlardan üçü səpələnmişlər, ikisi səpələnməmişlər səbətində yer alacaqsa, ikisinin səbəti qeyri-müəyyəndir.

Son olaraq Ukrayna nəhəngi “Şaxtyor”, Rumıniya ÇFR-i, Macarıstan komandası “Paksi” və Sloveniyanın “Selye” komandası bu turnirdə iştirak hüququna yiyələniblər. Onlardan “Şaxtyor” və ÇFR Polşa klubu “Legiya” kimi, püşkatma zamanı səpələnmişlərdə olacaq. Yəni bu 3 klub Azərbaycanı turnirdə təmsil edəcək komandanın potensial rəqibləridir.

Çünki ölkəmizdən Avropa Liqasına yollanma ehtimalı olan “Zirə” və “Sabah”ın reytinqi aşağıdır. Onlardan hansı turnirə vəsiqə qazansa, püşkdə zəiflərin sırasında yer alacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью